Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Gəlini helikopterlə gətirək?” – Şəkidə BƏRBAD DURUM – VİDEO
“Gəlini helikopterlə gətirək?” – Şəkidə BƏRBAD DURUM – VİDEO
28 Fevral 2017 / 15:01 / Baxış sayı: 2602
Font1 Font2 Font3 Font4

Şəkinin Vərəzət kəndində Venesiyanı xatırladacaq bir mənzərə var.

ARB Şəki xəbər verir ki, Şəki sakini öz evinə getmək üçün ya çaydan keçməlidir, ya da qonşunun çəpərindən adlamalıdır. Ev sahiblərinin öz evlərinə oğru kimi girməklərinin tragikomik səbəbi var.

Fikrət Əliyev – Vərəzət kənd sakini: “Təcili yardım gəlsə, evim yansa, maşın girəsi yerim yoxdur. 50-60 metr də məsafə var. Sabah oğluma toy etsəm, gəlini gərək helikopterlə gətirək”.

“Mədəniyyət elə yoldan başlayır” desələr də atalarımız, Fikrət Əliyevin ailəsi üçün bu misal üz qızardır. Öz evlərini unikal adlandıran sakinlər bunu evin qeyri-adiliyi ilə yox, qapısı çaya açılan yegane ev olmasıyla izah edirlər.

Vüsal Əliyev – Vərəzət kənd sakini: “Evə un gətirəndə belimizdə gətiririk, su daşıyanda əlimizdə daşıyırıq”.

Hazırda çayda su olmasa da, yaz aylarında vəziyyət dəyişir. Aramsız yağışların yağdığı aylarda, nəinki evə gedən yeganə yol bağlanır, hətta evdə belə oturmaq çox təhlükəli hal alır.

Fikrət Əliyev – Vərəzət kənd sakini: “Su gələndə düşürəm, 2-3 gün bənd edirəm. Sonra su bəndi aparır. Nə gəldi tökürəm, onları da yuyub aparır”.

Vüsal Əliyev – Vərəzət kənd sakini: “Az-maz yağış, külək olur, evdə yatmırıq”.

Məsələ ilə bağlı sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət edib. Yeganə çıxış yolu o tapılıb ki, qonşular öz həyətyanı sahələrinin bir hissəsindən yol kimi istifadə etmək üçün ailəyə icazə versinlər.

Fikrət Əliyev – Vərəzət kənd sakini: “Qonşular yol verdilər, amma yol ovula-ovula gedir. Mənim həyətimə maşın girməsi üçün gərək ora beton tökülsün”.

Problemin köklü həlli üçün ya ailə öz ata-baba yurdlarını tərk etməli, ya da çayın kənarına əsaslı şəkildə bənd salınmalıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə