Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya ABŞ tərəfindən blokadaya alınır – MOSKVADAN SOS
Rusiya ABŞ tərəfindən blokadaya alınır – MOSKVADAN SOS
28 Fevral 2017 / 15:31 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4

ABŞ Konqresində qanun layihəsi vasitəsilə Rusiyanın iqtisadi blokadasını təşkil etməyə çalışırlar.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsi Birləşmiş Ştatların prezidenti Donald Trampa Moskvaya qarşı sanksiyaları yüngülləşdirməyə icazə verməyə bilər.

“Konqresdə bizim bədxahlarımız var gücü ilə ABŞ-Rusiya münasibətlərində istənilən müsbət cücərtiləri tapdalamağa çalışırlar. Cari ilin yanvarında Barak Obama administrasiyası tərəfindən qəbul edilmiş sanksiyaların kodifikasiyasını nəzərdə tutan qanun layihəsi Konqresə daxil edilib. Qanun layihəsi sanksiyaların Tramp tərəfindən ləğvini qadağan edir. Yəni, əslində məqsəd Rusiyanın iqtisadi blokadasına nail olmaqdır”, – Sergey Ryabkov Dövlət Dumasında çıxışında deyib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyində vəziyyəti dramatikləşdirmirlər:

“Çünki anlayırlar ki, xarici siyasət blokunun işini qaydaya salmaq və prioritetləri dəqiqləşdirmək üçün Trampa və onun komandasına vaxt lazımdır. Amma Vaşinqtondan gələn bütün siqnalları biz diqqətlə təhlil edir və nəzərə alırıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə