Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SMSlərə cavab verməyən vətəndaşlar 100 manat cərimə olunacaqlar – RƏSMİ
SMSlərə cavab verməyən vətəndaşlar 100 manat cərimə olunacaqlar – RƏSMİ
28 Fevral 2017 / 16:10 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4

Artıq 2 milyarda yaxın SMS göndərilib

Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara reaksiya verilməməsi ilə bağlı cəza tətbiq olunacaq. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-cin ildən qüvvəyə minən dəyişikliklər — vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi — vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu, “Sputnik Azərbaycan”a  Vergilər Nazirliyindən bildiriblər. Yeni cərimə mübahisələrinə son qoyuldu Oxucuların redaksiyamıza etdikləri müraciətlərə cavab olaraq VN-dən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək.

Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır.

VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar. “Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir” — deyə VN-in maliyyə şöbəsindən bildiriblər. Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə