Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Müşfiqin heykəlini sökənlərin cəzalandırılmasına əmr verdi
İlham Əliyev Müşfiqin heykəlini sökənlərin cəzalandırılmasına əmr verdi
28 Fevral 2017 / 16:23 / Baxış sayı: 1892
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib ki, prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib. 

Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb.

Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar.

Xatırladaq ki, Müşfqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəli “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişi əsasında, Mədəniyyət və Turizim Nazirliyinə xəbər vermədən sökülüb.

İki gündür ki, tanınmış ictimai xadimlərin, heykəltaraşların və incəsənət sahəsi üzrə təşkilatlar bu vandalizm əməli ilə bağlı öz hiddətlərini ifadə ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə