Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid baş leytenantla Ordubadda vida mərasimi keçirilir – YENİLƏNİB, VİDEO
Şəhid baş leytenantla Ordubadda vida mərasimi keçirilir – YENİLƏNİB, VİDEO
28 Fevral 2017 / 16:53 / Baxış sayı: 2164
Font1 Font2 Font3 Font4

Tural Həşimli bir neçə saatdan sonra dəfn olunacaq

Şəhid baş leytenantın cənazəsi Ordubada gətirilib. Tural Həşimlinin dəfni bu dəqiqələrdə baş tutacaq. Şəhid Ordubadın Şəhidlər Xiyabanında dəfn olunacaq.

Saat 14:55

Şəhid baş leytenant Tural Həşimlinin cənazəsi Naxçıvana yola salınıb. Hava limanından İstiPress-ə bildirilib ki, cənazə yarım saatdan sonra Naxçıvana çatacaq.

Saat 12:55

Heydər Əliyev Hava Limanının Məlumat Mərkəzindən İstiPress-ə verilən məlumata görə, səhər saat 08.00-da Naxçıvana uçmalı olan reys Muxtar Respublikada hökm sürən dumanlı hava şəraiti səbəbindən təxirə salınıb. Növbəti reysin yaxın saatlarda baş tutacağı gözlənilir.

Saat 12:36

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Ordubad rayonuna yola salınmasında problem yaranıb. Şəhidi yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında olanların Criminal.az saytına verdiyi məlumata görə, saat 8-dən 1000-ə yaxın adam şəhidə hörmət əlaməti olaraq onu Naxçıvana yola salmağa gəlib. Lakin şəhidin cənazəsi hələ də hava limanındadır. Səbəb kimi Naxçıvanda qatı duman olduğu və hava limanının təyyarəni qəbul edə bilməməsi göstərilir.

Bildirilir ki, hazırda iki reys təxirə salınıb. Hava limanından criminal.az-a bildirilib ki, hava şəraiti ilə əlaqədar saat 12-30-dək Naxçıvana uçuş təxirə salınıb.

AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski isə İstiPress-ə  bu barədə açıqlama verməkdən yayınıb. O, bu barədə rəsmi məktub yazılmasını istəyib.

Xatırladaq ki, yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı.  Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid oldu. Onunla yanaşı digər 4 şəfidin nəşi döyüş meydanında qalmışdı. Dünən şəhidlərin nəşi döyüş meydanından təxliyyə edilib.

Hal-hazırda Naxçıvan sakinləri şəhidin cənazəsini qarşılamaq üçün avtomillərdə Azərbaycan bayrağı dalğalandıraraq Naxçıvan Hava Limanına axın edir.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə