Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Microsoft” gözlərin hərəkəti ilə işləyəcək
“Microsoft” gözlərin hərəkəti ilə işləyəcək
28 Fevral 2017 / 17:35 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

“Microsoft Research” şirkəti tərəfindən hazırlanmış proqram təminatı istifadəçiyə gözlərin hərəkətinin köməyi ilə smartfonda mətn daxil etməyə imkan verir. Şirkətin yaydığı məlumata görə, yeni həll “Eye-gaze” adlandırılır, ancaq şirkətin saytında yeni texnologiya “GazeSpeak” kimi tanıdılır. Sistem 2017-ci ilin mayında ABŞ-da keçiriləcək “CHI 2017” konfransında təqdim ediləcək.

AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, istehsalçının iddiasına görə, “GazeSpeak” analoqları ilə müqayisədə daha ucuz və istifadəsi rahatdır. Proqram məhdud hərəkət imkanlarına malik insanlar üçün nəzərdə tutulub və hələ ki “iOS” sistemi ilə işləyən mobil qurğularda əlçatandır.

İstehsalçıların iddiasına görə, “GazeSpeak” proqram təminatı cümləni 1,5 dəqiqə ərzində yığmağa imkan verir. Müqayisə üçün qeyd edək ki, daha bahalı sistemlər eyni işə 2 dəqiqədən çox vaxt sərf edirlər. “Microsoft”un nümayəndəsi bildirir ki, sınaq iştirakçıları “GazeSpeak” proqram təminatını daha asan və rahat daxiletmə üsulu hesab edirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə