Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlik: Müsfiq parkında 27 ağac kəsilib
Nazirlik: Müsfiq parkında 27 ağac kəsilib
28 Fevral 2017 / 17:41 / Baxış sayı: 630
Font1 Font2 Font3 Font4

Bakının İnşaatçılar prospektindəki Mikayıl Müsfiq parkında gecə saatlarında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Trend-ə ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ərazidə “Azəravtoyol” ASC-nin işçiləri tərəfindən 27 ədəd müxtəlif cinsli və müxtəlif diametrli bioloji inkişafda olan ağacın kəsilərək məhv edildiyi müəyyən olunub. Hazırda nazirliyin əməkdaşları tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinin pozulması faktı ilə əlaqədar dəymiş ziyanın ödətdirilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati araşdırmalar aparılır.

Qeyd edək ki, mövcud qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər barəsində inzibati işlərə baxmaq səlahiyyəti məhkəmə orqanlarında olduğundan, ETSN tərəfindən fakt üzrə toplanan materiallar tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə