Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident də üzvlük haqqı ödəyir – Siyavuş Novruzovdan AÇIQLAMA
Prezident də üzvlük haqqı ödəyir – Siyavuş Novruzovdan AÇIQLAMA
28 Fevral 2017 / 17:57 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4

“Bu ilin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olan şəxslərin sayı 700 min nəfəri ötəcək”.

Bunu Publika.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, 2017-ci ilin yanvar ayının 1-ə olan nəticələrə görə, Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 688 min nəfəri ötüb:

“Partiyamızın üzvləri üzvlük haqlarının ödənilməsində çox fəaldırlar. Ümumiyyətlə, YAP-ın bütün rayon və şəhər təşkilatları üzvlük haqqının yığılmasında fallıq göstərir. Bizdə minimum üzvlük haqqı 1 manat təşkil edir. Ancaq bunun yuxarı həddi qeyri-müəyyəndir. İmkanı olan şəxslər könüllü olaraq partiyamıza daha çox üzvlük haqqı ödəyir. Bununla yanaşı, işləməyən və təqaüddə olan YAP üzvlərindən üzvlük haqqı alınmır. Digər tərəfdən isə YAP Azərbaycanda yeganə siyasi partiyadır ki, üzvlük haqqı və xərclərlə bağlı mütəmadi olaraq hesabat verir və ictimaiyyəti məlumatlandırır”.

Komitə sədri özünün YAP-a daha çox üzvlük haqqı ödədiyini söyləyib:

“Şəxsən mən YAP-a üzvlük haqqı kimi 1 manat deyil, daha çox ödəyirəm. Ancaq partiyaya məndən də çox üzvlük haqqı ödəyən insanlar var”.

S.Novruzov “Prezident İlham Əliyev nə qədər üzvlük haqqı ödəyir” sualına belə cavab verib:

“Təbii ki, cənab Prezident İlham Əliyev də hər bir Yeni Azərbaycan Partiyasının üzvü kimi üzvlük haqqını ödəyir. Ancaq onun nə qədər üzvlük haqqı ödədiyini mən bilmirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə