Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cocuq Mərcanlıda 421 qəlpə aşkar edilib (FOTO)
Cocuq Mərcanlıda 421 qəlpə aşkar edilib (FOTO)
28 Fevral 2017 / 18:07 / Baxış sayı: 748
Font1 Font2 Font3 Font4

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 8 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) arxiv.bizimxeber.az-a verilən məlumata görə, baxış zamanı 421 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 37 741 kv.m ərazi (15 210 kv.m ərazi əl ilə, 12 500 kv.m ərazi mexaniki üsulla və 10 031 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

25 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 103 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 742 450 kv.m ərazi (367 469 kv.m ərazi əl ilə, 173 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 88 481 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 107 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 968 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 776 044 kv.m ərazi (401 063 kv.m ərazi əl ilə, 173 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 88 481 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə