Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cocuq Mərcanlıda yeni qəsəbə üçün ərazi təhvil verildi
Cocuq Mərcanlıda yeni qəsəbə üçün ərazi təhvil verildi
28 Fevral 2017 / 18:12 / Baxış sayı: 892
Font1 Font2 Font3 Font4

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizlənərək təhvil verilib.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.

A.Aslanov bildirib ki, həmin ərazilər ANAMA tərəfindən tamamilə təmizlənib, tikinti şirkətləri artıq orada təməl qoyma, ərazilərin, evlərin planlaşdırılması işlərini həyata keçiriblər, tikintiyə başlayıblar.

A.Aslanov vurğulayıb ki, ANAMA artıq ərazilərin növbəti təmizləmə mərhələsinə keçib: “Biz artıq Cocuq Mərcanlıda daha 150 evin tikilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə işlərinə başlamışıq. Həmçinin paralel olaraq kəndin ətrafında əkin sahələrində əməliyyatlar aparırıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə