Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı – Fotolar
Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı – Fotolar
28 Fevral 2017 / 21:41 / Baxış sayı: 1592
Font1 Font2 Font3 Font4

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Haşımlı Tural Əbdül oğlunun cənazəsi fevralın 28-də Naxçıvana gətirilib.

arxiv.bizimxeber.az AzərTac-a istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında qəhrəman şəhidimizin nəşini minlərlə naxçıvanlı qarşılayıb. Yüzlərlə avtomobildən ibarət karvanın müşayiəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılıb. Ordubad şəhərinin girişindən şəhidin evinə və Ordubad şəhərindəki Şəhidlər xiyabanına kimi minlərlə Ordubad sakini yürüş edib. Yürüş iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.

Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.

Şəhidin ruhuna dualar oxunub. Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşinin müşayiəti ilə şəhid Tural Haşımlı dəfn edilib, məzarı üstünə əklillər və tər qərənfillər düzülüb. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

arxiv.bizimxeber.az

Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı -  Fotolar
Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı -  Fotolar
Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı -  Fotolar
Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı -  Fotolar
Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı -  Fotolar
Naxçıvanda şəhid izdihamla torpağa tapşırıldı -  Fotolar

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə