Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehriban Əliyeva mandatdan imtina edir
Mehriban Əliyeva mandatdan imtina edir
06 Mart 2017 / 16:05 / Baxış sayı: 514
Font1 Font2 Font3 Font4

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.MSK-nın bu gün keçiriləcək iclasında həmin müraciətə baxılacaq və qərar veriləcək.

Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir. (Report)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə