Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran vətəndaşından narkotik maddə aşkarlanıb
İran vətəndaşından narkotik maddə aşkarlanıb
24 Aprel 2013 / 20:36 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Azərbaycan gömrükçüləri ölkəyə gələn İran vətəndaşından narkotik maddə aşkarlayıblar.

Bu barədə arxiv.bizimxeber.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Joudı Heragh Alıreza Yaghoub oğlundan gömrük nəzarətinə bəyan etmədiyi – üzərində “Methadone 5 mg” sözləri yazılmış 1 ədəd konvalyutda 10 ədəd və ayrıca 20 ədəd sintetik narkotik vasitə sayılan metadon adlı həblər, üzərində “Buprenorphine 2” sözləri yazılmış 1 ədəd konvalyut kəsiyində isə bupronorfin adlı 7 ədəd həb aşkar olunaraq götürülüb.

Qeyd edək ki, sintetik narkotik vasitə sayılan metadon adlı həblər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” II Siyahısına daxildir və 30 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edir. Bupronorfin adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddələrin” II Siyahısına daxildir və 7 ədəd həbdə bupronorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,014 qramdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə