Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ərdoğan Qəzzaya gedən yolun haradan keçdiyini yaxşı bilir”
“Ərdoğan Qəzzaya gedən yolun haradan keçdiyini yaxşı bilir”
24 Aprel 2013 / 18:04 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Millət vəkili Zahid Oruc Türkiyənin baş naziri Ərdoğanla bağlı maraqlı fikirlər səsləndirib. arxiv.bizimxeber.az Zahid Orucun təhlil xarakterli yazısını olduğu kimi oxuculara təqdim edir:

“Con Kerrinin Yaxın Şərq turnesindən sonra verdiyi açıqlamaları bir kənara buraxan türk mediası ABŞ dövlət katibinin “Ərdoğan Qəzza səfərini ertələsin” bəyanatı üzərinə yeriməsi bir çox siyasi mətləbləri ortalığa çəxardı.Bəlli oldu ki,söhbət heç də diplomatik yanlışlıqdan getmir və Ağ Ev Türkiyəyə xarici siyasət yolunu açıq mətnlə diqtə etməklə gücünü nümayiş etdirmək,yaxud Ərdoğan əleyhdarlarını fəallaşdırmaq niyyətini güdməyib.Yəni,əgər bir ölkə başçısı Amerikanın xəbərdarlığı ilə hərəkət edəcəksə və müstəqil qərar vermə haqqını bir kənara qoyacaqsa,onda Türkiyənin regional rolu və siyasi gücü haqda danışılanlar da mif olardı.

Kerri nədən belə söyləyib və Suriya ətrafında beynəlxalq siyasi- hərbi həmlələrin intensivləşdiyi bir dönəmdə türk Baş Nazirinin digər konflikt bölgəsinə gedişi hansı fərqli ssenarilərə yol aça bilər?

Suallar çoxdur.Lakin bir versiya inkarolunmazdır ki, Suriyanın Əsəddən sonra kimin nüfuz dairəsində olacağı bölgə uğrunda savaş aparan dövlətlərin əsas qayğısıdır.Bir çoxları hesablayır ki,Türkiyə Həmas vasitəsilə xarici dairələrə müqaviməti dərinləşdirib istədiyi payı götürmək istəyəcək.Belə həlledici məqamda İsraillə barışdırılan Türkiyə digər ərəb cinahının ənənəvi dəstəyini itirmək istəməyəcək.Kerri isə məhz bundan narahatdır.

Ərdoğan əvvəlcə Davutoğlu vasitəsilə ABŞ dövlət katibini “belə üslubdan bir daha istifadə etməməyə” çağırsa da sonda xarizması və daxildəki müxalif təpkiləri önləmək üçün “keşkə deməsəydi” mesajı ilə şəxsi nüfuzunu qorumaq qayğısına qaldı. O,bununla “qırmızı xətti”n haradan keçdiyini təzə dövlət katibinə göstərmiş oldu.

Lakin Ərdoğan Qəzzaya Amerika səfərindən sonra gedəcək. Elə isə Kerrinin səfər qrafikindən xəbəri yoxdursa, burda qəbahət axtarmağa dəyməz. Böyük ölkə olmaq belədir. Rusiyanın keçmiş başçısı Yeltsin kimi. O, da Sloveniya səfərini “təyyarədə yatıb qalması” səbəbilə gerçəkləşdirə bilməmişdi. Onda Rusiya heç üzr də istəmədi. Türkiyə lideri Qəzzaya gedən yolun haradan keçdiyini yaxşı bilir!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə