Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “26 Bakı komissarı” küçəsi var
Bakıda “26 Bakı komissarı” küçəsi var
07 Mart 2017 / 23:00 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4

Paytaxt küçələrindən biri vaxtilə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirən və əksəriyyəti ermənilərdən ibarət olan şəxslərin adını daşıyır. Söhbət Sabunçu rayonunda olan “26 Bakı komissarı” küçəsindən gedir. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb.

Tarix tək kitablarda yox, küçələrdə, abidələrdə yaşayır deyiblər. Elə Vətən üçün canından keçənlərin də adları burda əbədiləşir.

Amma təəssüf ki, hərdən elə adlar olur ki, qara ləkə kimi tarixə düşür. Ümumiyyətlə, belə adların əbədiləşdiyi hər hansısa küçə, abidə gördükdə itsər- istəməz təəccüblənməmək mümkün deyil. Elə bu küçənin adı kimi…

Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Onlar küçənin 26 Bakı komissarının adını daşımasından narazıdırlar. Sakinlərin sözlərinə görə, küçəyə şəhid adı verilsə, onlar üçün qürur və şərəf olar.

Məsələ ilə bağlı “Xəzər TV”yə Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən küçə və bir neçə digərlərinin adlarının dəyişdiriliməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlət Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə