Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kabildə partlayış: silahlılar hospitala giriblər (YENİLƏNİB)
Kabildə partlayış: silahlılar hospitala giriblər (YENİLƏNİB)
08 Mart 2017 / 10:34 / Baxış sayı: 492
Font1 Font2 Font3 Font4

Kabilin şimalında, Vəzir Əkbər Xan rayonundakı hospitalın qapısı qarşısında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışı törədən silahlılar binaya daxil olublar. Hazırda hospitalın binasında atışma gedir.

Silahlıların sayı hələ bilinmir.

Həkimlərdən biri yerli KİV-ə bildirib ki, atışma Sərdar Məhəmməd Davud Xan adına hərbi hospitalın 3 və 4-cü mərtəbələrində gedir.

“TOLO News” telekanalı içəridə 4 silahlının olduğunu yazır.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir. Hər hansı qruplaşma insidentə görə məsuliyyəti üzərinə götürməyib.X X X

09:17

Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitalın binası qarşısında partlayış olub.

Trend-in məlumatına görə, partlayışdan sonra atışma səsləri eşidilir.

“Reuters” xəbər verir ki, tibb müəssisəsi ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında yerləşir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə