Загрузка...
Xəbər lenti



Загрузка...

Dünya ölkələrində 8 mart necə keçirilir?
Dünya ölkələrində 8 mart necə keçirilir?
08 Mart 2017 / 11:01 / Baxış sayı: 484
Font1 Font2 Font3 Font4

Bir çox ölkədə qadınlar bayramı aksiyalarda qeyd edir

Bu gün 8 mart Beynəlxalq qadınlar günüdür. Bu gün dünyanın 4 bir yanında qeyd edilsə də, bayram hər yerdə eyni cür olmur.

İstiPress xəbər verir ki, bəzi ölkələrdə 8 mart eynilə “Valentin günü” (sevgililər günü) ilə eyni formada keçirilir. Xanımlara gül və hədiyyələr təqdim olunur. Bəzi ölkələrdə isə xanımlar küçələrə axışaraq hüquqlarının müdafiəsi üçün yürüş keçirir. Bu əsasən qadın hüquqları tapdalanan ölkələrdə baş verir.

Nə qədər qəribə olsa da, ABŞ qadınları da bu gün mitinq keçirəcək. Onlar mitinqə “Qadınlarsız gün” adı verib. ABŞ qadınları gender bərabərliyini tələb edir. Mitinqin təşkilatçıları Vaşinqtonda “Qadın yürüşü”nü təşkil edənlərdir.

İrlandiyada da qadınlar  8 martı tətil edəcək. Onlar ölkə konstitusiyasına abortun qadağan edilməsi ilə bağlı maddənin əlavə olunmasına etiraz edəcəklər.

Londonda isə dinc aksiya olub. Bazar günü keçirilən yürüşdə xeyli xanım iştirak edib. Onların hamısı qırmızı geyinib. Yürüşə şəhər meri də qatılıb. Onlar incəsənət aləmində gender bərabərliyini tələb edir.

İtaliyada isə 8 mart xanımlar üçün bir sıra imtiyazlar olacaq. Belə ki, ölkə ərazisində olan muzey və tarixi abidələri pulsuz ziyarət edə biləcəklər.

Azərbaycanda isə 8 mart hər il olduğu kimi xüsusi təmtəraqla keçirilir. Xanımlar sevdiyi şəxslərdən, ana və bacılar ailənin bəylərindən gül və hədiyyələr alır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə