Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vaşinqtondan Mehriban Əliyevaya 8 mart hədiyyəsi
Vaşinqtondan Mehriban Əliyevaya 8 mart hədiyyəsi
08 Mart 2017 / 11:28 / Baxış sayı: 1714
Font1 Font2 Font3 Font4

Azərbaycan vitse-prezidenti bütün müsəlman dünyası üçün nümunə kimi göstərilib

Dünyanın aparıcı mətbuat orqanlarından biri olan “The Washington Times” qəzetinin Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevaya həsr etdiyi məqaləsini bir növ 8 mart hədiyyəsi adlandırmaq olar.

İstiPress-in məlumatına görə, məqalə Azərbaycan ədəbiyyatının dahisi, inqilabi romantikanın yarıdıcısı Hüseyn Cavidin “Peyğəmbər” pyesindəki ölməz sözlərlə başlayır:

“Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək…”

“The Washington Times” qəzetindəki məqalə

“The Washington Times” qəzetindəki məqalə

Məqalədə vurğulanır  ki, ABŞ rəhbərliyi Mehriban Əliyevanın vitse-prezident təyin edilməsi ilə bağlı qərarı dəstəkləməlidir:

“Niyə Vaşinqton bu təyinatı alqışlamalı və Mehriban Əliyevanı dəstəkləməlidir? Əgər biz islam ekstremizmi probleminin həll olunmasını istəyiriksə, müsbət alternativlər tapmalı və dəstəkləməliyik. Xanım Əliyevanın uğuru bütün müsəlman dünyası üçün nümunə ola bilər”.

Müəllif Mehriban Əliyevanın müasir dünya üçün çox vacib olan tolerant cəmiyyətin fəal tərəfdarlarından biri olduğunu vurğulayıb:

“Xristian, yəhudi, müsəlman və digər dini cərəyanlar Azərbaycanda yan-yana dinc şəraitdə yaşayır. Məsələn, yəhudi icması Bakıda yeni sinaqoq tikmək qərarı verdikdə, Mehriban Əliyeva buna tam dəstək göstərdi”.

Məqalədə Azərbaycanın birinci xanımının beynəlxalq səviyyədə həyata keçirdiyi xeyriyyə aksiyalarına da toxunur:

“Bu, ehtiyacı olanlara diqqətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun təsisçisi və rəhbəri olmaqla Mehriban Əliyeva bütün dünyada çoxlu xeyriyyə layihələri həyata keçirir. Məsələn, Pakistanda 2008-ci il zəlzələsindən sonra o, Heydər Əliyev Fondunun resurslarını ölkənin ən ucqar bölgələrində məktəblərin bərpasına yönəltdi”.

Məqalədə Mehriban Əliyevanın Azərbaycan vitse-prezidenti təyin edilməsi  bütün müsəlman dünyası üçün nümunə kimi göstərilib:

“Qadın hüquqlarının sıxılması Yaxın Şərqin bir çox hissələrində davam edir. Nəhayət, Amerikanın bölgədəki ən güclü müttəfiqi bu problemin həlli üçün cəsarətli addım atdı. ABŞ Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlamalı və bütünlüklə dəstəkləməlidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə