Загрузка...
Xəbər lenti



Загрузка...

Prezident Obamanı hiddətləndirdi
Prezident Obamanı hiddətləndirdi
08 Mart 2017 / 11:48 / Baxış sayı: 688
Font1 Font2 Font3 Font4

“O mənim telefon danışıqlarıma qulaq asıb”

ABŞ prezidenti Donald Tramp ölkənin köhnə rəhbəri Barak Obamanı hiddtləndirib. İstiPress-in məlumatına görə, buna səbəb onun telefon danışıqların dinlənməsi barədə səsləndirdiyi ittihamlar olub. Bu barədə “The Wall Street Journal” yazıb.

Nəşrin mənbəsinin məlumatına görə, Obama ölkə başçısının ittihamlarını təhqir kimi qəbul edib. Lakin o Trampın hər yeni ittihamına cavab verməyi düşünmür.

Obamanın rəsmi nümayəndəsi Kevin Lyuis keçmiş prezidentin və onun admnistrasiyasının Trampın danışıqlarını dinlənməsini təşkil etmədiyini deyib. “Nə Obama, nə də Ağ evin başqa bir rəsmisi heç vaxt ABŞ sakinlərindən kiminsə izlənməsi barədə göstəriş verməyib”.

Xatırladaq ki, Tramp öz sələfini seçki kampaniyası zamanı yu Yorkdakı iqamətgahını dinləməkdə ittiham edib. “İndi bilmişəm ki, Obama qələbəmdən öncə Tramp toverdəki danışıqlarımı dinləyib. Heç nə tapmayıb”, deyə o “Twitter”də yazmışdı.

Onun sözlərinə görə dinləmə ötən ilin oktyabr ayında olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə