Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-dan səs-küylü Qarabağ bəyanatı: “Azərbaycana qaytarılmalıdır”
ABŞ-dan səs-küylü Qarabağ bəyanatı: “Azərbaycana qaytarılmalıdır”
08 Mart 2017 / 14:45 / Baxış sayı: 1184
Font1 Font2 Font3 Font4

“Azərbaycan və Ermənistan prezidentləri xalqlarını sülhə hazırlamalıdırlar. Anlamaq zəruridir ki, Dağlıq Qarabağın statusu müzakirə edilməlidir, lakin bununla birlikdə, ərazilərin Azərbaycana qaytarılmasından danışmaq lazımdır. Hər iki prezident irəli getməyə hazır olmalıdır. Hər ikisi – yalnız biri, yaxud digəri sülhün vaxtının çatmasına qərar verməməlidir. Sülh isə risklə bağlıdır”.

“Bizimxeber” xəbər verir ki, bunu “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrli Ceyms Uorlik deyib. “Mən insanları eşitmək istərdim, çünki Ermənistanda və Azərbaycanda insanlar hesab edirlər ki, sülhün və prezidentləri tənzimlənmə yolu ilə getməyə vadar etməyin vaxtı çatıb”, – Uorlik qeyd edib və əlavə edib ki, onun təəssüratlarına görə, Ermənistan və Azərbaycan liderləri münaqişənin bərpasının çox təhlükəli olmasını dərk edirlər.
“Bu günə kimi də məlum deyil ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində nə baş verir. Belə ki, kimin ilk atəşi açması barədə dəqiq məlumat verəcək müstəqil informasiya qaynağı yoxdur. Ötən ilin aprelində çoxsaylı itkilər olmuşdu, bu günə qədər də qurbanların dəqiq sayı məlum deyil”, – Uorlik bildirib.
Onun sözlərinə görə, “status-kvo”nun qorunub saxlanması sülhə gətirməyəcək. “Status-kvo” qeyri-sabitdir, o, müharibə təhlükəsini daha inandırıcı edir, sülh isə regionda hər şeyi dəyişəcək. Bu, Ermənistana yeni imkanlar açacaq, iqtisadi artıma səbəb olacaq”, – Uorlik əlavə edib. Keçmiş həmsədr hesab edir ki, tənzimlənmə yolunda əsas maneə tərəflərdə siyasi iradəsinin çatışmamasıdır.
Bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə