Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayram ərəfəsində Bakı bazarlarında
Bayram ərəfəsində Bakı bazarlarında
08 Mart 2017 / 15:20 / Baxış sayı: 1036
Font1 Font2 Font3 Font4

Novruz bayramının gəlişinə az qalıb. Bir neçə günə hər kəs bayram bazarlığına başlayacaq. Bəs bayram süfrəsi neçəyə başa gələcək? Virtualaz.org saytının əməkdaşlarının paytaxt bazarlarında apardığı müşahidələrə əsasən, ölkəyə idxal olunan məhsulların hesabına bolluq olsa da, hələlik alıcı qıtlığı yaşanır.

Ucuz bazar kimi tanınan 4 saylı bazarda (8 km bazarı) əsasən Özbəkistan, Ukrayna, İran və Türkiyədən gətirilən çərəzlər satılır. Qiymət məhsulun keyfiyyətinə və gətirilən ölkəyə görə dəyişir. Məsələn, Özbəkistandan gətirilmiş əriyin qiyməti 6 manat olduğu halda İran məhsulu 2 dəfə bahadır. Ukraynadan gətirilən məhsullar isə Türkiyədən gətirilənlərə nisbətən ucuzdur.

Qiymətləri təqdim edək:

Qabıqlı qozun bir kiloqramı: 7-10 manat.

Ərik: 6 manat 50 qəpik-12 manat.

Gavalı: 4-7 manat

Qoz ləpəsi: 16-25 manat.

Fındıq: 13-18 manat

Quru alça: 5-6 manat

Kişmiş: 8-15 manat

Püstə: 6-10 manat

Badam: 15-25 manat

Aş paxlası: 8 manat.

Şabalıd: 10-20 manat

Qəbələ, İsmayıllı, Zaqatala, Xaçmazdan gətirilən çərəzlərin qiyməti ucuzdur.

Satıcı Zeyqəm Əsgərov deyir ki, əksəriyyət yerli məhsul almağa çalışır. “Göyçaydan gətirilən innabın qiyməti 4 manatdan başlayır. Xaçmaz və Qəbələdən gətirilən qara gavalı 6, qoz, fındıq 6 manatdır. Şabrandan gətirilən badam 10, Ordubaddan gətirilən qoz ləpəsini isə 25 manata təklif edirik”, – Z.Əsgərov söyləyir.

Onun sözlərinə görə, yaxın günlərdə bahalaşma gözlənilmir.

Digər satıcı Abbas Məmmədov isə bildirir ki, bayramın son günlərində cüzi bahalaşma mümkündür. “Ötən ilə baxanda o qədər də bahalaşma yoxdur. Amma indi alıcı azalıb. Çoxları bayrama 2-3 gün qalmış bazarlıq edir. Buna görə də 1-2 manat bahalaşma ola bilər”, – satıcı deyir.

Ordubaddan gətirilmiş çərəzlərin qiyməti diqqət çəkir. Fındıq 25, qoz 25, ərik 15, badam 20-25, ərik 12-15 manatadır. Satıcılar bildirirlər ki, Ordubad məhsullarının dadı və keyfiyyəti xaricdən gətirilən məhsullardan üstündür. Amma alıcılar daha çox qiymətə üstünlük verirlər.

Meyvə-tərəvəz məhsullarına gəldikdə, banan, portağal və kivinin qiymətində cüzi artım var. Məslən, yaxın aylarda kiloqramı hətta 1 manat 50 qəpiyə satılan banan indi 2 manat 30 – 2 manat 50 qəpiyə təklif edilir.

Alma: 60 qəpik -2 manat 50 qəpik

Portağal: 1 manat 80 qəpik-2 manat 30 qəpik

Nar: 2-3 manat.

Xurma: 2 manat.

Heyva: 1 manat 50 qəpik – 2 manat 50 qəpik.

Armud: 3-5 manat.

Üzüm: 3 manat

Bazarda bayramın simvolu olan xonçalar, səməni çeşidləri də satılır. Məsələn, Çindən gətirilən şam, buta və kukla şəkilli səmənilər 2 manatdan 20 manatadək təklif edilir. Süni səmənilər də var, bu səməniləri istənilən formada düzəltmək mümkündür.

Mal, qoyun və toyuq ətinin qiymətlərini də nəzərə alsaq bu bayram 150-200 manata başa gələcək.

Jalə Ağazadə

Foto Samirə Həsənovanındır

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə