Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səhiyyə Nazirliyindən daha bir xidmət
Səhiyyə Nazirliyindən daha bir xidmət
24 Aprel 2013 / 22:47 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə verilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Tibbi kadrların vahid registrindən məlumatların verilməsi” adlanan elektron xidmət tibbi kadrlar haqqında ətraflı məlumat almaq imkanını təqdim edir.

Belə ki, sözügedən xidmət vasitəsilə kadrın doğum tarixi, ailə vəziyyəti, telefonu, elektron poçt ünvanı, işlədiyi rayon, şəhər, müəssisə, işə qəbul olunma tarixi, işlədiyi ixtisas, vəzifəsi, ştat vahidi, hazırki ixtisas üzrə ştajı, elmi vəzifəsi, dərəcəsi, təhsili, keçdiyi kurslar, aldığı sertifikatlar və digər məlumatlarla tanış olmaq mümkündür.

Qeyd edək ki, axtarış tibbi kadrların şəxsiyyət vəsiqəsindəki Fərdi İdentifikasiya Nömrəsi (PİN) əsasında aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə