Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobuslarda gediş haqqı artırılır-Tbilisidə
Avtobuslarda gediş haqqı artırılır-Tbilisidə
08 Mart 2017 / 16:58 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4

Gürcüstanın paytaxtı Tbilisi şəhərində qısa məsafələrə hərəkət edən mikroavtobuslarda gediş haqqı 0,1 lari (təxminən 0,04 dollar) bahalaşıb. 

“Report” “Sputnik” saytına istinadən xəbər verir ki, bu barədə “Tbilisi Mikroavtobusu” şirkətinin açıqlamasında bildirilib.

Hazırda Tbilisidə mikroavtobuslarla uzunməsafəli marşurtlarda gediş haqqı 0,8 lari (təxminən 0,3 dollar), qısaməsafli marşrutlarda (paytaxtın mərkəzindən kənar rayonlara) 0,4 laridən 0,5 lariyədək (təxminən 0,16-0,20 dollar) təşkil edir.

Metro və avtobuslarda isə gediş haqqı 0,5 laridir (təqribən 0,2 dollar).

Şirkət qiymət artımını əsaslandıraraq bildirib ki, menecment şirkətin nöqsansız işləməsini təmin etmək imkanına sahib olmalı, sərnişinlərin daşınma şərtlərini yaxşılaşdırmalı, avtomobil parkının yenilənməsini davam etdirməli və əməkdaşlarının əmək hüquqlarını qorumalıdır.

Qeyd edək ki, “Tbilisi Mikroavtobusu” şirkəti 2011-ci ildən paytaxtda sərnişindaşıma xidmətləri göstərir. Bu vaxta qədər şirkətin tariflərində heç bir dəyişiklik edilməyib. Hazırda şirkətin 4 min işçisi var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə