Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki azərbaycanlı qətlə yetirilib-Rusiyada
İki azərbaycanlı qətlə yetirilib-Rusiyada
09 Mart 2017 / 8:56 / Baxış sayı: 758
Font1 Font2 Font3 Font4

Rusiyada yaşayış binalarından birinin liftində qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prokurorluqdan bildirilib.

Məlumata görə, Kubanda, Krasnodar şəhərinin mərkəzindəki yaşayış binasının liftində aşkarlanmış cəsədlər Azərbaycan vətəndaşlarına məxsusdur. Onların bədənlərində çoxsaylı güllə yaraları aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqat başlanılıb. Xəbərdə qeyd olunur ki, öldürülənlər ticarətçilər olub və Rusiyada iş dalınca gəliblər.

Hələlik öldürülmüş şəxslərin kimliyi açıqlanmır və qətlin təfərrüatları ilə bağlı geniş məlumat verilmir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə