Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kamran Əliyev qəza ilə bağlı açıqlama verdi – Rəsmi- Yenilənib
Kamran Əliyev qəza ilə bağlı açıqlama verdi  – Rəsmi- Yenilənib
09 Mart 2017 / 9:40 / Baxış sayı: 4732
Font1 Font2 Font3 Font4

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında deyib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: “Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış “Zil” markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır” 

***09-31

Bakı-Sumqayıt avtobusunun maneəyə çırpılması nəticəsində baş verən qəzada ölən və yaralananlar var.

Abşeron rayon Təcili Yardım Stansiyasından Lent.az-a bildirilib ki, ilkin məlumata görə, qəzada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Yaralılar hazırda xəstəxanaya aparılır.

***09-27

Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Bizimxeber” bakipost-a istinadən xəbər verir ki, şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb. Nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun  törətdiyi qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

Hadisə şahidlərinin göndərdiyi bakipost.az-a videonu təqdim edirik.

arxiv.bizimxeber.az

***09:13

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü  yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

arxiv.bizimxeber.az 



Kamran Əliyev qəza ilə bağlı açıqlama verdi – Rəsmi- Yenilənib yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə