Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı – YENİLƏNİB
Bakı-Sumqayıt yolundakı qəzada ölənlərin sayı 5-ə çatdı – YENİLƏNİB
09 Mart 2017 / 10:56 / Baxış sayı: 1012
Font1 Font2 Font3 Font4
Bu gün Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.
Bu barədə BakiPost.az-a Səhiyyə Nazilriyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya gətirilən 4 nəfərdən biri də dünyasını dəyişib: “”Semaşko”ya 4 nəfər yaralı gətirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. 17 nəfər isə Sumqayıt Şəhər Xəstəxanasına aparılıb. Onlardan 2-sinə yardım göstərilərək, evə buraxılıb”.
X X X

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.

Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.

X X X

09:35

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki, qəzaya uğramış “Ford-tranzit” markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.

X X X

Trend-in hadisə yerində olan müxbirinin verdiyi ilkin məlumata görə, qəza nəticəsində 1 nəfərin öldüyü bildirilir.

X X X

Səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili-tibbi yardım maşınları cəlb olunub.

Hazırda qəza səbəbindən həmin yolda tixac yaranıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə