Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsrail Türkiyəyə təzminat ödəyəcək
İsrail Türkiyəyə təzminat ödəyəcək
24 Aprel 2013 / 18:46 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

İsrail və Türkiyə “Mavi Mərmərə”yə hücum zamanı şəhid olanların ailələrinə ödəniləcək vəsaitlə bağlı razılığa gəliblər.

arxiv.bizimxeber.az-ın məlumatına görə, İsrail Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücumu ilə bağlı danışıqların ilkin mərhələsində tərəflər hücum zamanı öldürülən insanların ailələrinə ödəniləcək təzminatla bağlı xüsusi mexanizmin hazırlanmasına razılıq verib. Razılaşmaya əsasən, İsrail ordusu ölənlərin ailələrinə maksimum məbləğ kimi, 150 min dollar ödəməyi təklif edib. Qeyd edək ki, Türkiyə tərəfi bir qədər əvvəl İsraildən hər bir ailəyə görə, 1 milyon dollar istəmişdi.

İsrail hökuməti, Türkiyənin barışıq şərtlərini yerinə yetirəcəyi təqdirdə isə “Mavi Mərmərə” gəmisinə edilən hücum zamanı əməliyyatlarda iştrak edən əsgərlərə qarşı hüquqi proseslərin dayandırılmasını tələb edib. Görüşdə iştrak edən İsrail heyəti razılaşmadan məmnun qalıb.

Rəsmilər görüşün hər iki ölkə arasında münasibətlərin bərpa olunması yolunda vacib əhəmiyyət kəsb etdiyini bildiriblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə