Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayıl qəsəbəsində söküntü maxinatorları- Vətəndaşlara təzyiqlər edilir
Bayıl qəsəbəsində söküntü maxinatorları- Vətəndaşlara təzyiqlər edilir
09 Mart 2017 / 11:08 / Baxış sayı: 1556
Font1 Font2 Font3 Font4

Sabail rayon Bayıl qəsəbəsində sökülmək üçün hazır olan köhnə tikililərə veriləcək konpensasiyaya “əl gəzdirmək” istəyənlər artıq işə başlayıb.

Qəsəbədən reportaj hazırlayan (reportaj yaxın günlərdə oxuculara təqdim olunacaq) arxiv.bizimxeber.az-ın əməkdaşları olduqca ciddi məqamların şahidi olublar.

Belə ki, qəsəbə sakinləri ilə “danışıqlar” aparan adamlar peyda olub ki, onlar da insanları istədikləri rəqəmlərə razı salmağa çalışırlar. Kimdir bu adamlar? Onları insanlarla danışıqlar aparmaq üçün göndərənlər kimdir?

Evləri söküləcək sakinlər açıq şəkildə bildirirlər ki, söküntünü həyata keçirənlərə rayon rəhbərliyi səviyyəsində dəstək verildiyi bildirilir, insanların konpensasiyaları məhz sökənlərin arzusuna görə, hesablanır. Məhkəmə qərarları alınır, razılaşmayacaqları təqdirdə evlərinin başlarına uçurulacağı deyilir. Bir sözlə, necə istəyirlərsə, o cür də edirlər.

Elə isə maraqlıdır, kimdir evləri insanları başına uçurmaq istəyənlər? Onlar nədən dövlətin vətəndaşa ayırdığı konpensasiyanı tamlığı ilə odəmək istəmirlər? Bu məsələdə iş icraçılarına dəstək verən deputat(lar) və ya onların daha yüksək vəzifədə oturan adamları, rayon rəhbərliyi nədən göz yummaq istəyir?

Yaxın günlərdə illərdir 20-30 kv-lıq mənzillərdə çətinliklə yaşayan vətəndaşların söküntüdən sonra normal evə sahib olmaq, mənzil almaq arzusunu gözündə qoyanların kimiliynə aydınlıq gətirəcəyik. Söküntünü aparacaq şirkətin insanları necə aldatması, aidiyyatı qurumların bu məsələyə nədən laqeydlik göstərməsi kimi məqamlara çılpaqlığı ilə aydınlıq gətirilməlidir.

Qeyd edək ki, qəsəbənin evi sökülməkdə olan 200-dən artıq sakini Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlamağa hazırlaşır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə