Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərdar Cəlaloğu geri çəkildi
Sərdar Cəlaloğu geri çəkildi
24 Aprel 2013 / 18:38 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Bu gün ADP sədri Sərdar Cəlaloğlu son günlər onun adından ölkə KİV-lərində yayılan müsahibələrin cəmiyyətdə birmənalı qarşılanmamasına, düzgün anlaşılmamasına və ictimaiyyətdə yaranan narahatlıqlara münasibət bildirib.
ADP mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, Sərdar Cəlaloğlu bildirib ki, son vaxtlar Azərbaycan dövlətçiliyi və milli maraqları ilə bağlı fikir və ideyaları mətbuatda bəzi jurnalistlər tərəfindən bilərəkdən qərəzli və ya bilməyərəkdən yanlış şərh edilib.
Sərdar Cəlaloğlu fikirlərinin düzgün dərk edilməməsindən dərin təəssüf hissi keçirdiyini vurğulayıb: “Bu açıqlamalardan dolayı özünü təhqir olunmuş hesab edən hər bir vətəndaşdan, bu açıqlamaları tirajlamaqda jurnalist etikasını pozan mətbuat nümayəndələrinin və şəxsən öz adımdan üzrxahlıq edirəm”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə