Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azadlıq” Tağı Əhmədovla razılığa gəldi
“Azadlıq” Tağı Əhmədovla razılığa gəldi
24 Aprel 2013 / 18:42 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

“Azadlıq” qəzeti ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun hüquqi nümayəndəsi arasında 30 min manatlıq cərimənin hissə-hissə ödənilməsi haqda razılıq əldə olunub.

Tağı Əhmədovun hüquqi nümayəndəsi Nigar Rəhimzadə aprelin 24-də “Media forum” saytına deyib ki, Bakı Metropoliteninin rəisi cərimənin ödənilməsində israrlıdır: “Azadlıq” qəzetinin rəhbərliyi bizə müraciət etmişdi, qəzetin vəziyyətinin ağır olduğunu bildirmişdilər və məsələnin təkzib və üzrxahlıq mətni verilməsi ilə həllini təklif etmişdilər. Məsələni Tağı müəllimlə müzakirə etdim, qəzetin vəziyyətinin ağır olması haqda deyilənləri nəzərinə çatdırdım. Tağı müəllim dedi ki, lap 5-10 ilə olsa da cərimə ödənməlidir. Bildirdi ki, nə qədər bacarırlar, hissə-hissə ödəsinlər. Bu cərimə Tağı Əhmədova və Bakı Metropoliteninə deyil, uşaq evinə köçürüləcək. Mənə bir uşaq evi tapmağı, bank hesabını öyrənməyi və cərimənin hissə-hissə həmin uşaq evinin bank hesabına köçürülməsini tapşırdı. Amma cərimədən tamamilə imtina olunması mümkün deyil. Tələblər qüvvədə qalır. Tağı Əhmədovun “Azadlıq” qəzetinə edə biləcəyi güzəşt cərimənin hissə-hissə ödənilməsidir”.

Nigar Rəhimzadənin sözlərinə görə, cərimənin ödənilməsi qrafikində razılıq əldə olunandan sonra məhkəmə icraçılarından qəzetin bank hesabı üzərinə qoyulan həbsin qaldırılmasını istəyəcəklər: “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla danışdım, ondan məhkəmə icraçılarının telefon nömrələrini almışam. Məhkəmə icraçıları ilə danışacam. Cərimənin məbləği 30 min manatdır. Sücəddin Şərifov bildirdi ki, hər ay 400 manat ödəyə bilərlər, qəzetin imkanı ancaq buna çatır. Bununla bağlı razılığa gəldik. Hər ay 400 manat ödənilsə, 30 min manatı ödəmək üçün təxminən 6 il lazımdır. İndi qrafik tutulmalıdır. Bunu da qəzet və məhkəmə icraçıları öz aralarında həll etməlidirlər”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov “Media forum” saytına bildirib ki, bank hesabı üzərindən həbsin götürülməsi və cərimənin müəyyən qrafik üzrə hissə-hissə ödənilməsi üçün icra məmurlarına müraciət ediblər: “Onlar da dedilər ki, iddiaçı tərəfin razılığı olmalıdır. Tağı Əhmədovun hüquqi nümayəndəsi razılıq verib. Amma məsələ rəsmiləşməyib. Qəzetin bank hesabı üzərindəki həbs qalır”.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq”ı bu qəzetin 8 aprel 2012-ci il sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəyib. Yasamal Rayon Məhkəməsi 2012-ci ilin iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb.

Bu ay Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə