Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MKİ-nin məxfi sənədləri “WikiLeaks”in əlinə necə keçib? – ARAŞDIRMA
MKİ-nin məxfi sənədləri “WikiLeaks”in əlinə necə keçib? – ARAŞDIRMA
09 Mart 2017 / 12:36 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4

ABŞ-ın xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinin sızdırılması və “WikiLeaks” saytında dərc olunması ilə bağlı federal səviyyəli təhqiqata başlayıb. arxiv.bizimxeber.az Euronews telekanalına istinadla xəbər verir ki, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi ilk növbədə məxfi informasiyanın saytın əlinə necə keçməsini araşdırmaq istəyir.

Ağ evin mətbuat katibi Şon Spayser ABŞ Prezidenti Donald Trampın hadisədən “son dərəcə narahat” olduğunu deyib.

wikle“Bir qədər əvvəl prezident məxfi informasiyanın sızmasına səbəb olan hər kəsin qanun qarşısında ciddi cəzalanacağını bildirib. Burada söhbət milli təhlükəsizliyə təhdiddən gedir”, – deyə Spayser bildirib və məlumatın sizmasının Barak Obamanın prezidentliyi dövründə baş verdiyini qeyd edib.

“WikiLeaks” saytı əldə etdiyi informasiyaya istinadla Frankfurt Maynda yerləşən ABŞ konsulluğunda kiber-hücum üzrə mütəxəssislərin gizli qərargahının olduğunu, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının isə konsulluğa diplomatik pasportlarla gəldiyini xəbər verib.

Həmçinin saytın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi insanları izləmək üçün proqram hazırlayıb. Onun köməyi ilə audio-trafik və elektron məlumatlar da daxil olmaqla, bütün dünyadakı smartfonlara giriş əldə etmək mümkündür. İzləmə qurğusu kimi isə çoxfunksiyalı “Samsung smart TV” televizorlarından istifadə edilə bilər.

Nigar
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə