Загрузка...
Xəbər lenti



Загрузка...

Elmira Süleymanova səlahiyyətlərini başa vurdu
Elmira Süleymanova səlahiyyətlərini başa vurdu
09 Mart 2017 / 12:43 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4

Yeni Ombudsman seçilənədək o vəzifələrini icra etməlidir

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb.

İstiPress yerli kiv-nə istinadən xəbər verir ki, 2010-cu il martın 5-dən müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002 və 2010-cu illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur”. İstiPress xəbər verir ki,bunu  “Report”a açıqlamasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanununa əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur.

Qeyd edək ki, Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər.

Biizmxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə