Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhmədinejad: “İmkan verin nəsə edək”
Əhmədinejad: “İmkan verin nəsə edək”
24 Aprel 2013 / 23:23 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Aprelin 24-də İsfahan şəhərində əhali qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad növbəti prezident seçkisindən də danışıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Əhmədinejad deyib: “Bəziləri prezident seçkisi üçün planlar qurublar. Mən isə onlara deyirəm ki, siz plan qurmağınızda olun. Onsuz da xalq sizin bütün planlarınızı puça çıxaracaq. Heç kəs xalqın yerinə qərar qəbul etməməlidir. Hamı xalqın qəbul edəcəyi qərara tabe olmalıdır. Çünki xalqın qərarı ən yaxşı qərardır. Ölkə rəhbəri deyib ki, mənim bircə səsim var. Bu sözün mənası var. Bu o deməkdir ki, heç kəs özünü xalqın yiyəsi saymamalı, onun adından danışmamalı və onun yerinə qərar qəbul etməməlidir. Lakin təəssüflər olsun ki, bu gün bəziləri özlərini islam və inqilabın əsli sayır. Hətta ölkə rəhbərini də öz inhisarlarına götürüblər.

Mənə deyirlər ki, prezidentliyinin bu son aylarında niyə bu qədər əyalətlərə səfər edirsən. Mən isə onlara deyirəm ki, bunun nə fərqi var ki? Siz ki oturub baxırsınız. Heç olmasa imkan verin biz bu xalq üçün nəsə edək, gənclərin problemlərini həll edək və İsfahanın su problemini aradan qaldıraq.

Mən sizin nökərinizəm. Əlimdən gələni bu millətdən əsirgəməyəcəm və son nəfəsimə qədər bu xalqın qulluğunda duracaq, onun problemlərinin həlli ilə məşğul olacam”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə