Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol qovşağı avqust ayında istifadəyə veriləcək
Yol qovşağı avqust ayında istifadəyə veriləcək
24 Aprel 2013 / 18:57 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Bakı şəhərinin «Gəncik» metro stansiyası yaxınlığında tikilən yol qovşağı artıq bu ilin avqust ayında istifadəyə veriləcək.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun sözlərinə görə, yeni yol qovşağında müasir texnologiyadan istifadə olunmaqla 6 yeraltı tunel inşa edilir. Bundan başqa, Bakıda 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq, Heydər Əliyev prospektinə paralel olaraq alternativ yol çəkilir: «Dövlət başçısı bununla bağlı qərar qəbul edib və hazırda sözügedən yolun layihəsi hazırlanır».

Yeni yol dövlət başçısının «Gənclik» metro stansiya yaxınlığında yerləşən iqamətgahı qarşısından başlayaraq, Gön Dəri Zavodunun yerləşdiyi ərazidən və yeni tikilən stadionun arxasından keçərək Zabrat yol qovşağına birləşəcək. Bu yol çoxzolaqlı və birinci dərəcəli yol olacaq.

Z.Məmmədov vurğulayıb ki, Azərbaycana hər il 100 mindən artıq nəqliyyat vasitəsi gətirilir və bunun böyük hissəsi Bakı şəhərində istifadə olunur. Buna görə də şəhərin nəqliyyat sisteminin daim təkmilləşdirilməsinə ehtiyac yaranır. Nazir «Şəfa» stadionunun yaxınlığında piyada keçidinin və Heydər Əliyev prospektini kəsən tunelin tikildiyini də qeyd edib. Onun sözlərinə görə, bu tunel Z.Bünyadov prospektində hərəkət edən avtomobillərin Babək prospektinə çıxışını asanlaşdıracaq və bununla da paytaxtın mərkəzindəki nəqliyyat gərginliyini aradan qaldıracaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə