Загрузка...
Xəbər lenti



Загрузка...

Prezidentlər Andrey Karlovun qətlinin istintaqını müzakirə edəcək
Prezidentlər Andrey Karlovun qətlinin istintaqını müzakirə edəcək
09 Mart 2017 / 14:33 / Baxış sayı: 790
Font1 Font2 Font3 Font4

Rusiya Prezidenti Vladimir Putin martın 10-da Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Andrey Karlovun qətlinin istintaqını da müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov qeyd edib ki, dövlət başçılarının görüşünün gündəliyi kifayət qədər genişdir:

“Rusiya və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək. Tərəflər ticari-iqtisadi əməkdaşlığı, “Türk axını”, “Akkuyu” AES kimi layihələrin icrasını, Suriya böhranını, eləcə də Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı aparılan istintaq işini də müzakirə edəcəklər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə