Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

300 yaşı olan abidə niyə dağıdılır? Ağstafadan ŞİKAYƏT
300 yaşı olan abidə niyə dağıdılır? Ağstafadan ŞİKAYƏT
09 Mart 2017 / 15:12 / Baxış sayı: 1248
Font1 Font2 Font3 Font4

Ağstafa rayonun Dağkəsəmən kəndində yerləşən “Bala bəyin evi” abidəsi dağıdılır. Bu barədə kənd sakini Muradov Ələsgər İmran oğlu “Yeniavaz.com” saytına şikəyət edib. Ə. Muradov bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə (inv N0-4076.t/t-XIX əsr) dövlət qeydiyyatına götrülmüş “Bala bəyin evi” abidəsi Muradov Alik adlı şəxs tərəfindən dağıdılır. M.Ələsgərovun şikayətini təqdim edirik:

“Bala bəyin evi” abidəsinin dağıdılması ilə əlaqədar bir neçə il öncə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə məlumat verildi ki, 2016-2019-cu illərdə abidənin yenidən bərbası gözlənilir. Lakin vaxt keçdikcə bu abidə daha da dağıdılır. Bu vəhşilikdir, vandalizmdir. Rayonda aidiyyəti orqanlara müraciət etmişik, ancaq baxmırlar. Həmçinin kənd icra nümayəndəliyinə də müraciət etdik.

Onu da qeyd edim ki, Dağkəsəmən kənd icra nümayəndəliyinin binasından da həmin abidə görünür. “Bu abidənin 300 illik tarixi var, bu niyə dağıdılır” deyə müraciət etdikdə deyirlər ki, haqq edilib. Bu abidəni Muradov Alik Fuad oğlu dağıdır. Bu adam keç kəsdən qorxmur və abidənin tam məhv olmasına az qalıb.

Abidənin ön hissəsi partlayıcı maddə ilə dağıdılıb. Abidəni dağıdan adamdan soruşuruq ki, niyə dağıdırsan, deyir ki, mən gizli KQB, Gəncə əks kəşfiyyatının rəisiyəm.

Deyir ki, mənim arxamda Prezident Administrasiyasının rəsmisi Fuad Ələsgərov durub, gedin, nə edə bilirsiniz edin. Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa Rayon Şöbəsinin müdiri Gülgün Kərimova da müraciət etdik. O, bizə dedi ki, bu iş mənlik deyil, qorxuram. Mikayil Müşfiqin abidəsini götürdülər, məsələ prezidentə qədər gedib çıxdı. Bəs 300 il il tarixi olan abidə haqqında niyə maraqlanmırlar?

Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları abidəni mühafizə etdikləri üçün aylıq maaş alırlar, ancaq abidəni qorumurlar. Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə şikayət məktubu göndərmişik, heç bir nəticə yoxdur”.

“Heç kəs müdaxilə eləmir”

Səslənən ittihamlarla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Etibar Axundovla əlaqə saxladıq. Etibar Axundov “Yeniavaz.com” saytına açıqlamasında məsələdən xəbərdar olduğunu bildirdi: “Biz fikrimizi həmin vətəndaşa da, rayonun yerli icra orqanına da, hüquq-mühafizə orqanlarına da bildirmişik. Kim isə o abidəni dağıdır, prosesi pozur. Biz də çalışırıq ki, onu araşdıraq. Vətəndaş doğru deyir – abidə uçub. Kəndin sakinlərindən və ya özlərindən kimsə o abidəyə əl gəzdirir. Biz hüquq-mühafizə orqanına müraciət etmişik. Onlar da abidənin özbaşına uçduğunu bildiriblər. Yəni deyirlər ki, abidə küləkdən, qardan, yağışdan üçür, heç kəs müdaxilə eləmir. Ona görə də bir az çətinlik yaranıb. Vətəndaşın iddia etdiyi həmin adamın – Alik Muradovun da adını yazıb polis idarəsinə vermişik. Bizə Alikin bu abidəni uçurtmadığını dedilər. Mənim belə imkanım yoxdur ki, axtarım, araşdırım. Araşdırmanı hüquq-mühafizə orqanları aparmalıdır. Biz Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı ilə bir həftə öncə əlaqə saxlamışıq, xahiş etmişik ki, məsələyə diqqət edin, bu abidə Ağstafanın, bütün Azərbaycanın mədəniyyətdir. İnsandılar da hamısını güdmək olmur, ola bilsin kimsə axşam gəlib sökür və ya elə yağış nəticəsində uçur”.

Ruzbeh Məmməd



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə