Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlandı
Ziya Məmmədovun müşavirinin Akif Çovdarova pul verdiyi açıqlandı
09 Mart 2017 / 15:31 / Baxış sayı: 974
Font1 Font2 Font3 Font4

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Əhmədov vəkilin suallarını cavablandırıb. O qeyd edib ki, qızılları Ç. Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib: “Həmin gün onların evində xidmətçi qadın da vardı”.

Sonra prosesdə şahidlər ifadə verib.

Mübariz Ələkbərov ifadəsində deyib ki, Ç. Baxşıyev onun qayınatasıdır. Onun sözlərinə görə, itən əşyalar arasında onun da qızılları olub: “Mənim orda 50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılım vardı. Onları saxlamaq üçün qayınatam Çingiz Baxşıyevə vermişdim. O da qızılları Rövşənə verdi saxlamaq üçün, sonradan xəbər tutduq ki, oğurlanıb”.

Sonra R. Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova ifadə verib. O deyib ki, R. Əhmədovla Ç. Baxşıyev arasında normal münasibətlər olub: “Bir gün Rövşən qara çantanda pul gətirdi və dedi ki, Ç. Baxşıyevin pullarıdır. Dəfələrlə olub ki, Ç. Baxşıyev bizə çantalarla külli miqdarda pullar əmanət edib. Mən həmişə yoldaşımın evə bu qədər pul gətirməsinə qarşı çıxmışam. Çünki pullar sayılıb verilmirdi. Qorxurdum ki, nəsə olar və heç nə bizim üstümüzdə qalmasın. Qızılları bizə verəndən sonra martın 30-da bizə zəng elədilər ki, guya qızıllar yerində yoxdur. Çingiz Baxşıyev deyib ki, qızılları guya mən götürmüşəm. Məni ittiham edirdilər. Bizdə Çingiz Baxşyevin çantalarla əmlaklarının sənədləri olub. Bizə hər şeyi etibar edib. Necə oldu ki, birdən-birə oğurluq oldu? Qızıllar itəndən sonra Çingiz Baxşıyev məni və Rövşəni təhdid edirdi. Deyirdi ki, sənin oğlunu müharibəyə göndərəcəyəm, mənim əlim hər yerə çatır. Çingiz Baxşıyev qızılların itməsinə görə məni həbs etdirmək istəyirdi”.

X. Əhmədova prokurorun suallarını cavablandırarkən deyib ki, qızılları evdə kənar şəxslər olduğu üçün təhlükəsizliyə görə vaxtından əvvəl Ç. Baxşıyevə qaytarılıb.

X. Əhmədova onu da deyib ki, Ç. Baxşıyev həbsdə olan sabiq MTN generalı Akif Çovdarova pul verib.

Təqsirləndirilən R. Əhmədov da bunu təsdiq edərək, Akif Çovdarova qara diplomatda pul verilməsini Ç. Baxşıyevin özündən eşitdiyini deyib: “Çingiz Baxşıyev həmişə Akif Çovdarovun onu bezdirdiyini deyirdi”.

Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.

Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə