Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mark Zukerbergin diplom olacağı tarix məlum oldu
Mark Zukerbergin diplom olacağı tarix məlum oldu
09 Mart 2017 / 17:10 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4

“Facebook”un təsisçisi Mark Zukerberg, Harvard Universitetindəki təhsilini, 25 may 2017-ci il tarixində sona çatdıracaq. 2002-ci ildə Mark Zukerberg, Harvard Universitetinin psixologiya fakultəsinə daxil olmuşdu. Bununla paralel olaraq o həmçinin İT kurslara da gedirdi. 2004-cü ildə Mark, universitetinin ikinci kursunda oxuyan zaman o, təhsilini dayandırdı və “Facebook” üzərində çalışmaq üçün Kaliforniyaya köçdü.

Harvard Universitetinin prezidenti Drew Faust, “Harvard Gazette”yə müsahibəsində qeyd edib ki, Mark Zukerberg bu il Harvard diplomunu alacaq və məzunların önündə çıxış edəcək. “İnsanların bir-biriləri ilə qarşılıqlı münasibətdə olmaları sahəsində çox az texnologiya var ki, “Facebook” ilə rəqabət apara bilər.

Texnologiyaların köməyi ilə dünyanı dəyişmək hədəfi baxımından isə nadir insanlar Mark Zukerberg ilə rəqabət apara bilərlər. Zukerbergin fəaliyyəti, bütün dünyadakı istifadəçilərin sosial aktivliklərinin xarakterini dəyişdi” – deyə Faust bildirib. Zukerberg-in məzun günü 25 may tarixinə təyin olunub. Həmin gün o, digər məzunların önündə çıxış edəcək. Beləliklə “Facebook”un təsisçisi, Harvard Universitetinin ən uğurlu məzunlarından biri olacaq. Mark Zukerbergin çıxışını, Bill Gatesin çıxışından 10 illik zaman intervalı ayırır.

Belə ki, “Microsoft”un təsisçisi 1975-ci ildə universitetdən qovulmuşdu. Lakin 2007-ci ildə o öz diplomunu almışdı. Universitet həmçinin Mark Zukerberg ilə Bill Gatesin birgə olduğu videonu da təqdim edib. Videoda Mark, Billdən diplom və diplomu almaq üçün həqiqətən də universitetdə oxumaq lazım olub-olmayacağı barədə soruşur.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə