Загрузка...
Xəbər lenti



Загрузка...

Elektrik enerjisini xaricə 7 qəpiyə satırıq – RƏSMİ MƏLUMAT
Elektrik enerjisini xaricə 7 qəpiyə satırıq – RƏSMİ MƏLUMAT
09 Mart 2017 / 17:59 / Baxış sayı: 1776
Font1 Font2 Font3 Font4

Bu ilin yanvar ayında xarici ölkələrə 27 milyon 531 min kv/saat elektrik enerjisi ixrac edilib. “Yeniavaz.com” Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə elektrik enerjisinin dəyəri 1 milyon 383 min dollara bərabər olub.

Bu isə o deməkdir ki, xaricə satılan elektrik enerjisinin 1 kv/saatının qiyməti 4 sent və ya mövcud məzənnə ilə (1,75) hesablandığı zaman 7 qəpik təşkil edib.

Halbuki elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (6 sent) bərabərdir. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə 43% və ya 4 qəpik ucuzdur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə