Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı TÜKÜRPƏDİCİ FAKT
Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı TÜKÜRPƏDİCİ FAKT
09 Mart 2017 / 17:48 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4

Bakı-Sumqayıt yolunda 5 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığı ağır qəzanın əlavə detalları məlum olub.

Hadisə şahidlərinin Sputnik Azərbaycan-a bildirdiklərinə görə, Sumqayıt Dövlət Universitetinin tələbələrini daşıyan “Ford Tranzit” markalı avtomobilin arxası ilə, bu ali təhsil müəssisəsinin dekanı (adı çəkilmir) öz maşınında gedirmiş.

Mikroavtobus arxadan yol kənarında dayanmış yük maşınına çırpılanda dekan maşınını saxlayıb. Dekan bu anda hələ avtobusda öz tələbələrinin olduğunu bilmirmiş.

Yaxına gələndə isə o, yaralıların çoxluğundan dəhşətə gəlib. Həmin məqamda hələ heç kəs ölməyibmiş. Zərərçəkənlərin öz tələbələri olduğunu görəndə dekan daha böyük şok yaşayıb. Bir neçə dəqiqədən sonra isə tələbələrdən ikisi dekanın gözləri qarşısında keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, mikroavtobus sürücüsü sürət həddini aşıb. Həmçinin məlum olub ki, avtobusun sürücüsü tələbələrlə razılaşmaya görə, hər gün onları Bakıdan Sumqayıta aparırmış.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə