Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəran sakinləri şikayətçidir: 3 aydır ki, ünvanlı sosial yardım verilmir
Lənkəran sakinləri şikayətçidir: 3 aydır ki, ünvanlı sosial yardım verilmir
09 Mart 2017 / 19:29 / Baxış sayı: 1182
Font1 Font2 Font3 Font4

Vətəndaşlar son 3 ayda sözügedən yardımı ala bilmədiklərini bildirirlər. “Son 3 aydır ki, ünvanlı sosial yardımımız kəsilib. Bununla bağlı dəfələrlə aidiyyəti qurumun qapısına ayaq döysək də, bir nəticə yoxdur. Rəsmi izahat yoxdur, sadəcə deyirlər ki, “pul yoxdur”. Başqa heç bir cavab verilmir. Bizim başqa variantımız yoxdur, son ümidimiz onadır”. Bu haqda Azxeber.com-a Lənkəran şəhər sakinləri məlumat verib.  

Onlar ünvanlı sosial yardım ala bilmədiklərini və çıxılmaz vəziyyətdə olduqlarını deyir: “Aldığımız yardım ilə ayın əvvəlindən sonuna kimi ailəmizi bir qarnı ac, bir qarnı tox dolandırırdıq. Gün-gündən hər şey bahalaşır və aldığımız pul da heç nəyə çatmır. Bu, dərdin bir hissəsidir. Ən dəhşətlisi isə odur ki, bir neçə aydır ünvanlı sosial yardımı da ala bilmirik”. “Bir tərəfdən işsizlik, bir tərəfdən yardımın kəsilməsi… Heç bilmirik necə edək. Rəsmi orqanlara dəfələrlə müraciət etsək də, nə səsimizi eşidən var, nə cavab verən. Qeyri-rəsmi şəkildə bizə deyirlər ki, “hələ büdcədə pul yoxdur, nə vaxt olacaq, onda pulunuzu verəcəyik”. Xahiş edirik, bizə yardım edin”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə deyir ki, “Ödənişdə heç bir problem yoxdur. Ünvanlı sosial yardım vətəndaşlara vaxtı-vaxtında ödənilir. Fərdi şəkildə kimdəsə problem yaranıbsa, müraciət etsin, araşdıraq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə