Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kürdəmir DSMF-nin müdirindən Səlim Müslümova şikayət – Adlar və Faktlar
Kürdəmir DSMF-nin müdirindən Səlim Müslümova şikayət – Adlar və Faktlar
10 Mart 2017 / 10:57 / Baxış sayı: 1782
Font1 Font2 Font3 Font4

“DSMF-nin Kürdəmir rayon şöbəsindən nazir Səlim Müslümova saysız-hesabsız şikayətlər edilsə də heç bir nəticə yoxdur”. Belə bir müraciətdə Kürdəmirdən olan sakinlər arxiv.bizimxeber.az-ın elektron ünvanına müraciət ediblər.

Müraciətdə bildirilir ki, son günlərdə Kürdəmir DSMF-də tüğyan edən korrupsiya faktlarını bütün aidiyyatı orqanların diqqətinə çatdırırıq:” Bu idarədə uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətlərə görə, vətəndaşlardan məcburi qaydada 5-10 manat məbləğində pul tələb edirlər.

Bu cür iyrənc hərəkətin adını dilənçilik qoysaq daha doğru olardı. Bu işin reallaşmasında Hamil Hidayətov bütün Kürdəmir camaatına qənim kəsilib. Həmçinin sosial müavinətlərin təyinatında Ramin Mürsəlov vətəndaşlardan rüşvət almaqla məşğuldur”.

Müraciətdə bildirilir ki, gəlirlər sektorunda ciddi şəkldə “maxinasiyalar” mövcuddur. Şahin İsmiyevin rəhbərlik etdiyi bu sektorun işçiləri  sahibkarlardan yığılan sığorta haqlarının bir hissəsi dövlət büdcəsinə keçirsə də , böyük bir hissəsi sektorun məsləhətçilərinin ciblərinə gedir: “Həmçinin vətəndaşlara dövlət sosial sığorta şəhadətnaməsinin , sığorta edənin uçot nömərsinin verilməsinə görə də “haqq” alınır. Halbu ki, bunların verilməsinə görə heç bir haqq tələb edilməməlidir. Kütləvi surətdə məcburi qaydada vətəndaşlardan bu cür sənədlərin verilməsinə görə 5-10 manat pul alınır və yaxud da dilənilir”.

arxiv.bizimxeber.az-a daxil olan məktubda daha sonra qeyd olunur ki, Kürdəmir rayonunda heç kimə sirr deyil ki, pensiya yaşına çatmış, lakin müvafiq əmək stajı olmayan vətəndaşlar əmək pensiyası ala bilmək üçün 3-5 min manat rüşvəti pensiya sektorunun işçilərinə təqdim edirlər. Bunun üçün pensiya düzəltdirmək istəyən şəxslərə saxta əmək kitabçaları açılır. Saxta pensiyasının düzəldilməsi yolu ilə əldə edilən rüşvətin müəyyən bir faizi nazirliyin rəhbər işçilərinə təqdim edilir.

Və yaxud da idarədə yoxlama apırılan zaman nazirliyə külli miqdarda rüşvət təqdim edilir ki, qanunsuz pensiya təyinatlarına göz yumulsun.Bütün yuxarıda təqdim etdiyimiz qara əməllərə fondun müdiri nazir Səlim Müslümovun yaxın adamı hesab edilən Əlyunis Müətəllimov göz yummaqla və vətəndaşların pullarını mənimsəməklə məşğuldur. Fondun işçiləri bahalı avtomobillərə və çoxlu sayda əmlaklara sahibdirlər. Bütün hüquq-mühafizə orqanlarında üzümüzü tutub deyirik: “Dövlət qulluqçusu aldığı aylıq 250-260 manat maaşla bu qədər əmlaka necə sehib olur? Buyurun, gəlin yerindəcə bütün dediklərimizin şahidi olun. Hər birinin ciddi şəkldə cəzalandırılmasını tələb edirik. Həmin işçilərin bir neçəsinin adını təqdim edirik: Mütəllimov Əlyunis (fondun müdiri), İsmiyev Şahin, Baxışov Elçin, Musayev Elnur, Hidayətov Hamil, Musayev Valeh, İsmayılov Kərim, Məmmədov Müslüm, Mürsəlov Ramin, Novruzov Namiq və digərlərinin fəaliyyətlərinin ciddi şəkldə araşdırılıb cəzalandırılmasını hüquq-mühafizə orqanlarından tələb edirik”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə