Загрузка...
Xəbər lenti



Загрузка...

Trampı və otelini məhkəməyə verdilər, işdə Azərbaycan səfirinin adı keçir
Trampı və otelini məhkəməyə verdilər, işdə Azərbaycan səfirinin adı keçir
10 Mart 2017 / 11:14 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Vaşinqtondakı restoranlardan biri prezident Donald Trampın “Trump İnternational” otelini və Trampın özünü məhkəməyə verərək onu icarə şərtlərini pozmaqda günahlandırıb. İddia ərizəsində deyilir ki, Tramp prezident olsa da oteldə payını saxlamaqdadır. 

Virtualaz.org “The Washington Times”ə istinadən xəbər verir ki, “Cork Wine Bar” restoranının vəkilləri tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əsasən restoranın potensial müştəriləri ora baş çəkmək əvəzinə yaxınlıqdakı “Trump İnternational” otelinin restoranlarına getməyə üstünlük verir, çünki onlar bununla Tramp administrasiyasına dolayısı ilə xidmət göstərmək istəyirlər.

İddia ərizəsində deyilir ki, hakim Trampı oteldəki payından məhrum etməlidir yaxud hansısa başqa yol tapmalıdır ki, otel ABŞ prezidenti ilə bağlılığından ədalətsiz şəkildə yararlanmasın. Mümkün yollardan biri kimi Trampın prezidentlikdən istefası göstərilir.

“Trump Organization” şirkətinin icraçı vitse-prezidenti və baş hüquqşünası Alan Qarten isə bildirib ki, restoranın iddiası “hüquqi əsaslardan tam məhrumdur” və “reklam” xarakterlidir. Lakin restoran Trampın qanunları pozmasının açıq-aşkar olduğunu və onun biznesinə zərbə vurduğunu iddia edir.

Restoranın maraqlarını müdafiə edən vəkil Skot Rom bildirib ki, o və müştərisi iddia ərizəsində göstərilənləri məhkəmədə sübut etməyə hazırdır. İddia ərizəsində restoranın müştərilərinin Tramp prezident seçiləndən sonra “Cork Wine Bar” restoranına gəlmək əvəzinə prezidentin otelinə getməyə üstünlük verdiyini sübut etmək üçün Azərbaycan səfiri Elin Süleymanovun adı çəkilir. İddia ərizəsində göstərilir ki, səfir restoranın çoxdankı müştərisi idi, əvvəllər tez-tez orada yemək və içki sifariş verirdi. Lakin Tramp prezident seçiləndən sonra səfir onun otelində mərasim təşkil edib. (Söhbət Azərbaycan səfirliyinin Birləşmiş Ştatlardakı yəhudi təşkilatları üçün ötən il seçkilərdən sonra “Trump İnternational” otelində “Hanukka” partisi təşkil etməsindən gedir.-red.)

“Biz açıq-aşkar görürük ki, Tramp seçiləndən sonra biznesimiz azalmağa başlayıb, müştərilərimiz onun otelinə gedir”-restorana arvadı ilə şərik olaraq sahiblik edən Xalid Pitts deyir. Vəkil Stiv Kleyn bildirir ki, o, restoranın iddiasını araşdırıb və bu işin məhkəmədə “çox uzağa gedə biləcəyinə” inanmır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə