Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hava pisləşəcək, qar yağacaq – Nazirlikdən xəbərdarlıq
Hava pisləşəcək, qar yağacaq – Nazirlikdən xəbərdarlıq
10 Mart 2017 / 13:21 / Baxış sayı: 1130
Font1 Font2 Font3 Font4

Bakı və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gün ərzində mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Bizimxeber”ə verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 9-14° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz  10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 85-95 %, gündüz 6-70 %  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə  2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə