Загрузка...
Xəbər lenti



Загрузка...

Amaşov: “İnternet məkanı da qanunla tənzimlənməlidir”
Amaşov: “İnternet məkanı da qanunla tənzimlənməlidir”
10 Mart 2017 / 13:43 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4

Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

arxiv.bizimxeber.az xəbər verir ki, qanuna edilən əlavə və dəyişikliklər haqqında İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova məlumat verib.

Vitse-spiker deyib ki, bu qanuna dəyişiklik və əlavələr Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub: “Biz komitədə bunu müzakirə etdik, faydalı çıxışlar oldu”.

Qeyd edək ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” sənədə edilən  dəyişiklik internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə aparılıb. Bunun üçün  qanuna  yeni  fəsil, yeni  maddələr  əlavə olunub, xeyli dəyişikliklər edilib. İnternet  informasiya  ehtiyatlarının  yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər  tənzimlənir.

“Telekommunikasiya  haqqında” qanuna edilən dəyişikliklər də telekommunikasiya resurslarının  kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı  yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək üçün irəli sürülür.

Deputat Siuyavuş Novruzov deyib ki, Azərbaycanda internet azaddır: “Amma baxırsan ki, kimsə internetdə foto qoyur və başqasını təhqir edir. Ancaq həmin adamın kimliyi bəlli olmur. Və ya xaricdə portal yaradırlar, Azərbaycanın əsgəri və təhlükəsizliyi ilə bağlı yazı atırlar ortaya. Bizim portallar da bunu dərhal götürür. Sonra həmin portal bunu silir və iş qalır bizimkilərin üzərində. Araşdıranda da bəlli olur ki, buradan hansısa adla gedən şəxs bunu edib”.

Deputat Əflatun Amaşov da mövzu ilə bağlı çıxış edib: “Ölkə daxilində və xaricdə bir sıra şəxlər bu dəyişikliyi məhdudlaşdırıcı hal kimi təqdim etməkdə maraqlıdır. Ancaq bu belə deyil. Bu sahə yenidir, dinamikdir. Unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq. Odur ki, internet məkanı da qanunla tənzimlənməlidir. Kimlərsə cəmiyyəti çaşdırmamalıdır. Obyektiv yanaşma olmalıdır. Dəyişikliklər jurnalistika peşəsinin məsuliyyətini çəkənlər üçün faydalıdır”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə