Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abituriyentlərin iş nömrəsi üçün “Çin işgəncəsi”
Abituriyentlərin iş nömrəsi üçün “Çin işgəncəsi”
10 Mart 2017 / 14:12 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4

Bildiyiniz kimi, 2017-ci il 6 mart tarixində Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin sifarişi əsasında onlar tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini təsdiq etmişdi. Və ortaya çıxan qiymətlər reallıqdan çox yüksəkdə idi.

Digər bir ciddi problem isə elə bu yüksək imtahan qiymətlərinin məlum olması ilə yarandı. Belə ki, imtahan iştirakçıları müvafiq imtahanda iştirak etmək üçün qeydiyyata tələb olunan iş nömrəsini necə əldə edəcəklər. Əvvəlki illərdə təcrübədə bu ödəmə kartı və sms ilə həyata keçirilirdi. İndi isə rəqəmlərin hədsiz dərəcədə böyük olması əvvəlki təcrübədən istifadə ediləcəyini mümkünsüz edirdi.
Dövlət İmtahan Mərkəzinin ödənişli xidmətlərindən faydalanmaq istəyən istifadəçilər “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə etməlidirlər. Bunun üçün onlar bu portalda təqdim olunan ödəniş üsullarından istifadə edə bilərlər.
İndi ortaya çıxan ciddi problem odur ki, istifadəçilər imtahanda iştirak etmək üçün DİM-in saytında yaradılan şəxsi kabinetlərinin hesabına vəsait köçürməlidirlər. Bunun üçün plastik kartla hökumət ödəniş portalı, hesab.az, e-govpey, portmant, easypey kimi online ödəniş vasitəsindən istifadə etməlidirlər. Bundan başqa ödəmə terminalları vasitəsi ilə easypey-dən istifadə edib hesablarına vəsait yükləyə bilərlər.
İmtahan iştirakçıalrının problem təkçə tələb olunan yüksək xidmət haqqını tapmaqla bitmir, indi bu xidmətlərdən istifadə etmək üçün onların yaşadığı məkanda ödəmə terminal olmalıdır və ya onların plastik kartı olmalıdır.
Nəzərə alaq ki, regionlarda qeyd olunan xidmətlərdən istifadə olduqca aşağı səviyyədədir. Bundan başqa insanların plastic kartları çox azdır, olanlar isə maaş və təqaüdləri gələn kimi onu çıxarıb istifadə ediblər. Deməli, martın 10-undan başlayan magistr pilləsinə imtahan üçün iddiaçıların ciddi problemləri yaranacaq. Yeni plastik kartın sifarişi də müəyyən vaxt aparacaq və bu da əlavə ödənişlərə gətirib çıxaracaq.
Misal üçün, magistr pilləsinə imtahan vermək istəyən Neftçala rayon Dördlər kəndində yaşayan Dadaşov Sakit nə etməlidir? Onun nə plastik kartı var, nədə ki, yaşadığı kənddə ödəmə terminalı. İndi o taksi tutub 20 km rayon mərkəzinəmi getsin? Keçəl il o sms xidmətindən istifadə edərək rahat şəkildə ödəmə kartı əldə etmişdi.
Bu regionlarda yaşayan və magistr təhsili almaq istəyən istənilən şəxsin yaşayacağı problemdir.
Rəsmi məlumatlaragörə 18 yaşına qədər olan məktəblilərin heç 100 nəfərinin plastik kartı yoxdur (fiziki qüsurlu olub əlillik təqaüdü alanlar istisna olmaqla). Bundan başqa ölkədə onlayn ödəmənin istifadə faizi 3 faizidir.
Görəsən 10-11 -ci sinif şagirdi qəbul və sınaq imtahanlarından hansı çətinliklərlə qeydiyyatdan keçəcək?
Peyğəmbərimiz deyib ki, elm Çində də olsa arxasınca gedin. Deyəsən DİM bu devizi əsas tutub tələbələri həqiqətən də yüksək xidmət haqqı nəticəsində Çinə oxumağa göndərmək istəyir.

Təhsil eksperti Kamran Əsədov

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə