Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

11 bank bağlandı, 4200 nəfər işsiz qaldı
11 bank bağlandı, 4200 nəfər işsiz qaldı
10 Mart 2017 / 14:33 / Baxış sayı: 798
Font1 Font2 Font3 Font4

Hal-hazırda bank sektoru ən çətin dövrlərini yaşayır. Ötən dövr ərzində bir sıra bankların bağlanması nəticəsində 4200 bank işçisi iş yerini itirib.

APA xəbər verir ki, bunu “Azərbaycanda Amerika Ticarət Palatası” (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov deyib.

Onun sözlərinə görə, devalvasiya nəticəsində sahibkarların və əhalinin ödəniş qabiliyyəti zəifləyib: “Bu, bankların vəziyyətinə və onların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərib. Bu baxımdan bank üçün effektivliyin artırılması istiqamətində atılan hər bir addım önəmlidir”.

Sədr banklarda səyyar yoxlamalar zamanı bazar qiymətləri məsələsinə də toxunub:

“Banklarda oxşar mal və xidmətlərə görə təqdim olunan bazar qiymətləri ilə bağlı daim Vergilər Nazirliyi əməkdaşları ilə problemlər yaranır. Çünki banklar tərəfindən müxtəlif strategiyalar tətbiq olunur. Bununla bağlı təklifimiz ondan ibarətdir ki, kredit faizlərinə bazar qiyməti prinsipi ya ümumiyyətlə tətbiq olunmasın və yaxud tətbiq olunarkən eyni bankda olan kreditlər üzrə, yəni son 30 gündə verilən kreditlər üzrə bazar faizi anlayışı tətbiq edilsin. Restrukturizasiya olunan kreditlərlə də bağlı təklifimiz oxşardır. Təklif edirik ki, restrukturizasiya olunan kreditlərlə bağlı bazar qiyməti ümumiyyətlə tətbiq olunmasın. Olunarsa, yalnız restrukturizasiya olunmuş kreditlər əsasında bazar qiymətinin müəyyən olunması və hesablanması həyata keçirilsin”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə