Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İndi günah kimin üzərində qaldı?
İndi günah kimin üzərində qaldı?
10 Mart 2017 / 14:52 / Baxış sayı: 1198
Font1 Font2 Font3 Font4

Səhər balanı məktəbə ya da universitetə yola salıb günorta meyidini qəbul etmək çox çətindir. Təsəvvür etmək belə insanı dəhşətə gətirir. Amma razılaşmaq lazımdır ki işini bacarmayan və ya nəyinsə, kiminsə xatirinə qanunsuzluqlara göz yuman məmurlar var olduqca övladlarımızı tabutda qarşılamağa hazır olmalıyıq.

Dünən 5 cavanın ölümünə səbəb olanlar məsuliyyəti top kimi bir birilərinə ötürdülər, sonda isə günahkar yenə də məhz ölən və xəsarət alanlar oldu.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzaya münasibət bildirərkən deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub. “Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin “Ford Tranzit”-də cəmi 18 sərnişin yeri var” — deyə Əliyev bildirib.

Onun sözlərinə görə, uzaq məsafəyə ayaq üstə sərnişin götürmək qadağandır: “Biz həmişə vətəndaşlara xəbərdarlıq edirik ki, belə avtomobillərə minməsinlər. Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməyin. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək”.

Qəribədir, yol polisləri sərnişindaşıma üçün yararlı olmayan, üstəlik “ağızbaağız” doldurulan “Ford Tranzit”i görməyib, ya göz yumub? Yoxsa son dayanacaqdan 1 manat alıb sürücünü yola salan aidiyyatı qurumların işçiləri buna göz yumub?

Addımbaşı yol hərəkəti qaydalarını pozan ictimai nəqliyyatı idarə edən sürücülər kimin qəyyumluğu ilə insan taleyi üzərindən qumar oynamaq hüququ qazanıb?

Daha bir absurd açıqlama Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən gəlib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb. Nazirlikdən verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən “50 BL 132” dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: “Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb”.

Bəs ictimai nəqliyyata hansı qurum nəzarət edir ?

Sonda isə bildirim ki, Daşkəsən rayon Qabaqtəpə kənd məktəbinin tarix müəllimi Əli Cəfərov işə gəlmir. Əvəzində sərnişin daşımaqla məşğuldur. Məktəbdəki tarix dərslərinin əvəzinə isə uşaqlara idman və rəsm dərsləri tədris olunur. Görəsən onun sərnişin daşıdığı nəqliyyat vasitəsinin icazəsi var?

Qəzada ölənlərin ailələrinə səbr diləyirəm. Arzu edək ki, bu sonuncu belə qəza olacaq. İnanmağım gəlmir amma…

Jalə Abbaslı
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə