Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağstafada “Bala bəyin evi”nin dağıdılması ilə bağlı YENİ İTTİHAMLAR
Ağstafada “Bala bəyin evi”nin dağıdılması ilə bağlı YENİ İTTİHAMLAR
10 Mart 2017 / 16:04 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4

Ağstafa rayonun Dağkəsəmən kəndində yerləşən “Bala bəyin evi” abidəsinin dağıdılması ilə bağlı bir gün öncə xəbər vermişdik. Bu gün şikayətçi – kənd sakini Murad Ələsgərov yenidən “Yeniavaz.com” saytının redaksiyasına zəng edib, Etibar Axundovun dediklərində heç bir əsas oldmadığını bildirib.

Ancaq kənd sakini E. Axundovun fikirləri ilə razılaşmadığını deyir: “Etibar müəllim şəxsən məsələdən xəbərdar olduğunu bildirir. Deyir ki, abidəni təbii fəlakət uçurur. Etibar müəllimlə mən özüm bir neçə dəfə telefonla əlaqə saxlamışıq. Bizim telefon əlaqəmiz bir il bundan qabaq olub. Onda abidənin döşəməsi sökülürdü. On gün müddətində gəlib baxacağını demişdi və həqiqətən, gəlib özü gördü. Yəni, Etibar müəllim gələn vaxt abidənin döşəməsi- tavanı sökülürdü. Necə olur axı deyir ki, təbii fəlakət uçurub. Abidənin uçurulmasını Etibar Axundov özü görüb. Həmin abidənin materiallarından Alik (Muradov Alik Fuad oğlu- iddiaçının dediyinə görə, abidəni üçuran şəxs) öz evini tikdirib. İstəsəniz, abidənin taxtalarının, daşlarının üstündə yazılan yazılarla sübut edə bilərəm. Heç bir halda abidənin sökülməsində təbii fəlakətdən söz gedə bilməz”.

E. Muradovun ittihamları ilə əlaqədar yenidən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Etibar Axundovla əlaqə saxladıq. Qurum rəsmisi səsləndirilən fikirlərinin əsassız olduğunu və kənd sakini Murad Ələsgərovun fikri abidəni qorumaq yox, şəxsi marağı olduğunu dedi: “Mən abidəyə gedib baxdım və hüquq-mühafizə orqanına bildirdim. Onlar öz-özünə söküldüyünü dedilər. O, adamın bu məsələyə qarışmağa hüququ yoxdur.

Onlar iki əmioğlu abidə üstündə dava edirlər. Ona görə də abidə ortalıqda qalıb məhv olur. Yəni iki əmioğlu vərəsəlik üstündə dava edirlər. Guya abidənin qeydinə qalırlar. Vurub abidəni dağıdırlar. Günah hər ikisindədir. Mən Bakıda oturmuşam, nə edə bilərəm. Mən polisə də, İcra Hakimiyyətinə də məlumat vermişəm. Özüm zaman-zaman şəkillər də çəkmişəm. Ola bilsin kimsə sökür, ola bilsin gecə vaxtı bu hadisə baş verir. Mən axşam evimdə yatıram, abidənin yanında yatmıram ki…

Ona görə də polisə yazmışam. Polis də tədqiqat aparıb, bildirib ki, öz-özünə sökülüb, abidəni kimsə sökmür. Hətta, Alikin də adını vermişik. Mənim əlimdən başqa nə gəlir? Mən buradan-ora nəzarət edə bilmirəm, gücümüz yoxdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə