Загрузка...
Xəbər lenti



Загрузка...

Arif Rəhimzadədən növbəti türk açıqlaması: “Bizim kökümüz türkdür”
Arif Rəhimzadədən növbəti türk açıqlaması: “Bizim kökümüz türkdür”
10 Mart 2017 / 17:00 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4

“Mən qeyri-adi heç bir söz deməmişəm, sözümü ümumi kontekstdən çıxardaraq, onun bir hissəsini yayıblar”.

“Bizimxeber” xəbər verir ki, bu sözləri millət vəkili Arif Rəhimzadə Rusiya saytına müsahibəsində işlətdiyi və böyük qalmaqala səbəb olan “biz türk deyilik” fikri haqqında Musavat.com-a müsahibəsində deyib.
A.Rəhimzadə bildirib ki, o, bu sözləri suala cavab olaraq işlədib: “Siz km.ru saytında mənim çıxışımı oxusanız görərsiniz ki, müxbirin “Mən eşitmişəm ki, türklər və azərbaycanlılar bir xalqdır” sualına cavabım belə olubdur: Biz azərbaycanlıyıq, türklərlə eyni kökə malikik, ancaq başqa xalqlarıq. Bilirsiniz, vəziyyət necə idi, bundan qabaq hansı hadisələr olmuşdu? Bakıda Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi ilə əlaqədar bir məclis keçirilirdi. Həm o tərəfdən, həm də biz tərəfdən deputatlar, ictimai xadimlər və ekspertlər var idi. Sədrlik edən biz tərəfdən Səməd Seyidov, digər tərəfdən Markov idi. Çıxış etdilər, başladılar ki, Azərbaycan-Rusiya münasibətləri çox yaxşıdır, inkişaf edir və s. Sonra mən çıxış etdim, dedim, həqiqətən belədir, bütün səviyyələrdə bizim münasibətlərimiz çox yaxşıdır, həm prezidentlər, həm parlamentlər səviyyəsində, həm də ictimaiyyət səviyyəsində. Məsələn, biz başqa ölkələrdən fərqli olaraq, rusları, rus dilini, rus mədəniyyətini inkar etmirik. Dedim, mən bu haqda saatlarla danışa bilərəm. Ancaq əlavə etdim ki, Azərbaycan-Rusiya münasibətlərinin iki qatı var, biz həmişə üst qat haqqında danışırıq, mən istəyirəm ki, ictimaiyyəti və məni narahat edən alt qat haqqında danışaq. Alt qat da ondan ibarətdir ki, Rusiya bizə həmişə ögey baxır. Dedim, nəyə görə Rusiya Duması qondarma erməni soyqırımı ilə əlaqədar qərar qəbul edir, Xocalı hadisəsi gözünün qabağında olub, bu barədə heç bir qərar verməyib? Dedim, nəyə görə Rusiya XİN Lapşinin azad olunması barədə məsələ qaldırır, ancaq öz vətəndaşı olan Dilqəm Əsgərovla əlaqədar bir kəlmə də demir? Qeyd etdim ki, mən istəyirəm biz bu məsələlər ətrafında danışaq”.
Millət vəkili həmçinin vurğulayıb ki, məndən türk olub-olmadığımı soruşdular: “Çünki Moskvada belə deyirlər. Dedim yox, biz azərbaycanlıyıq. Ancaq bizim kökümüz türkdür. Mən bunu demişəm”.
arxiv.bizimxeber.az 


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə